“Qarabağ”dan “qızıl dubl”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.
Milli.Az matc.az-a istinadən bildirir ki, həlledici matçda "Qarabağ"la "Zirə" üz-üzə gəlib.
Qəbələdə keçirilən oyunda kağız üzərində "köhlən atlar" favorit görünürdü. Amma zirəlilərin də şansları demək olar ki, bərabər idi.
"Qarabağ" Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin etmşdi. "Zirə" isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına "bilet" qazanmışdı. Kubokda uğur qazanmaqla "Qarabağ" qızıl dubl edə, "Zirə" isə tarixində ilk dəfə olaraq kubok qazana bilərdi. Paytaxt təmsilçisi Qəbələdəki final görüşündə qələbə qazansa, bu, həm də onun çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi ilk ciddi uğuru olacaqdı.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Qarabağ" kubokun qalibi və "qızıl dubl" müəllifi olub.
Azərbaycan kuboku
Final
27 may
Qarabağ - Zirə 1:1 (penaltilər 4:3)
Qol: A.Zubir, 69 - H.Keyta, 17.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Qəbələ şəhər stadionu, 19:00.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçaerd Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





