Əfsanəvi futbolçular Azərbaycana nə üçün gəlir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniya yığmasının və Madrid "Real"ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.
Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib.
Səfərin səbəbi barədə Offsideplus.az-a verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib:
"İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət olunub. Həmin iş adamı hazırda İspaniyada şəxsi bizneslə məşğuldur. Elə adıçəkilən futbolçularla dostluq əlaqələri olan soydaşımız onları Azərbaycana dəvət edib. Sabiq oyunçuların iyun ayının ortalarında Bakıya səfəri gözlənilir. Gəlişin məqsədi isə Azərbaycanda dincəlməkdir. İlk olaraq paytaxta qədəm qoyacaq futbolçular Bakıdakı məşhur otellərdən birində qalacaqlar. Onların bir neçə bölgəyə də səfəri planlaşdırılıb. Bu rayonlardan biri Qubadır".
Həmsöhbətimiz ispaniyalı futbolçuların yerli mətbuatla görüşünü də təşkil etmək istədiklərini söylədi:
"İndiyədək Azərbaycana bir sıra məşhur futbolçular gəlib. Lakin onların mətbuatla görüşü təşkil olunmayıb. Çalışırıq ki, bu dəfə Kasilyasla Qonsalesi azərbaycanlı media nümayəndələri ilə görüşdürək. Onu da qeyd edim ki, bu səfərin nə Gənclər və İdman Nazirliyi, nə də AFFA ilə əlaqəsi var. Bu, bir az əvvəl qeyd etdiyim kimi, azərbaycanlı iş adamının bilavasitə təşəbbüsü ilə həyata keçiriləcək".
Maraq üçün qeyd edək ki, bir neçə il əvvəl "Milan" klubunun isveçli ulduzu Zlatan İbrahimoviç də ölkəmizə səfərə gəlmişdi. Azərbaycan təbiətinin seyrinə çıxan 40 yaşlı hücumçu İsmayıllıda ova da getmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR LENTİ
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır





