“Bakı Marafonu-2022”nin qalibləri mükafatlandırılıb - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Bakı Marafonu-2022"nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında birinci, ikinci və üçüncü yerləri Rusiya idmançısı Rinas Əhmədiyev, Türkiyə idmançısı Ömər Alkan və Çexiya idmançısı Vladimir Marçik tutublar.
Qadınlar arasında isə birinci yeri ukraynalı Valentina Veretskaya, ikinci yeri Türkiyə idmançısı Dilek Öztürk, üçüncü yeri isə ukraynalı idmançı Valentina Poltavskaya tutublar.
Yarış iştirakçıları bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, iştirakdan məmnun qaldıqlarını bildiriblər. Həmçinin, onlar Azərbaycan paytaxtının sakinlərinin böyük dəstəyini qeyd ediblər.
İdmançılar gələcəkdə Bakıda keçiriləcək analoji yarışlarda iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V Bakı Marafonu təşkil olunub.
"Bakı Marafonu 2022"də iştirak etmək üçün 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.
"Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.
Marşrutunun uzunluğu 21 kilometr olan "Bakı Marafonu-2022" Dövlət Bayrağı Meydanında başlayıb və başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pizza dadında yulaflı poğaça resepti
-
Paşinyan 3 min metr yüksəklikdə (Video)
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
-
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
-
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - (Foto)
-
KİV - Mahmud Əhmədinejad "Mossad"la əməkdaşlıq etdiyinə görə həbs edilib
-
Venesuelada zəlzələdə ölənlərin sayı 4 500 nəfəri keçib
-
Kanalda batan uşağın gözdən əlil anası - “Meyitini gətirin, əlimi sürtüm”
-
"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
-
Aygün Kazımova Röyanın qonağı oldu (Foto)
-
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
-
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
"Bizə daha çox transfer lazımdır"
-
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib (Foto)
-
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
-
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü
-
Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
-
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir (Foto)
-
Yayda hansı meyvələri yemək daha faydalıdır?





