Azarkeşlərin dəstəyi həyəcanın öhdəsindən gəlməyə kömək edir - Bədii Gimnastika üzrə Bakı birinciliyinin iştirakçısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxlu azarkeşlərin bizi dəstəkləməyə gəlməsi bizi çox sevindirir. Onların dəstəyi bizə həyəcanın öhdəsindən gəlməyə və öz gücümüzə inanmağa kömək edir.
Bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, "Qrasiya" idman klubunu təmsil edən gənc idmançı Mələk Rzayeva deyib.
"Yarışlara ciddi hazırlaşmışdım. Bundan əvvəl idman klubunda təşkil olunan turnirlərdə iştirak etmişəm, lakin Milli Gimnastika Arenasında ilk dəfədir ki, çıxış edirəm. Təəssüratlar çox gözəldir, zal böyük, işıqlıdır, tribunalarda çoxlu tamaşaçı var", - səkkiz yaşlı idmançı bildirib.
Gimnastın sözlərinə görə, o, həmişə məşqçinin göstərişlərini böyük diqqətlə dinləyir və bütün göstərişlərə əməl etməyə çalışır.
"Məşqçimi sevindirmək üçün həmişə yaxşı çıxış etməyə, yüksək nəticə nümayiş etdirməyə çalışıram. Ona görə də bu birinciliyə çox ciddi hazırlaşdım. Bu gün alətsiz proqram nümayiş etdirdim, sabah isə topla çıxış etməliyəm. Yeri gəlmişkən, top mənim sevimli alətimdir, ona görə də müsabiqənin ikinci gününü səbirsizliklə gözləyirəm", - Mələk Rzayeva bildirib.
Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.
Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.
Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
XƏBƏR LENTİ
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi





