İdman

“Qarabağ”ın arxasınca düşən “tülkülər”

29 Aprel 2022 18:48
0 Şərh     Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrokubokların yarımfinal mərhələsinin ilk oyunlarından sonra UEFA-nın klub reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk "100-lük"də bəzi dəyişikliklər qeydə alınıb.

Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ"ın mövqeyi dəyişməz qalıb. 25,000 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü yerə şərikdir. PAOK və "Başakşəhər"in eyni xalı var.

"Üçlük" üçün real təhlükə yaranıb. Bu, mübarizəni davam etdirən "Lester"dir. "Roma" ilə heç-heçədən sonra (1:1) xal hesabını 23,000-ə çatdıran "tülkülər"i "Qarabağ"dan bir qələbə ayırır. 2 pillə irəliləyən İngiltərə klubu 69-cu yerə şərikdir.

Qeyd edək ki, siyahıya 138,000 xala malik "Bavariya" başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.