İdman

UEFA Şotlandiya - Ukrayna matçının vaxtını açıqladı

14 Aprel 2022 22:47
0 Şərh     Baxış: 1 367
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA 2022-ci il dünya çempionatının pley-off yarımfinal mərhələsinin təxirə salınmış Şotlandiya və Ukrayna matçının tarixini rəsmən açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, matç iyunun 1-də Şotlandiyanın Qlazqo şəhərində baş tutacaq.

Qalib finala yüksələcək və iyunun 5-də Kardiffdə Uelslə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.