İdman

"Neftçi"nin qapıçısı: "Bakını və insanları sevirəm"

9 Aprel 2022 18:12
0 Şərh     Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakıda olmaq mənim üçün çox xoşdur. Şəhəri və insanları sevirəm. Burada ailəmlə birlikdə olmaqdan zövq alıram".

Milli.Az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç klubun rəsmi saytına müsahibəsində deyib.

27 yaşlı qolkiper kollektivə uyğunlaşmağının bir az vaxt apardığını bildirib: "Komanda məni çox yaxşı qəbul etdi. Şübhəsiz ki, indi özümü gəldiyim vaxtdan daha yaxşı hiss edirəm. Bunu daha da yaxşılaşdırmaq üçün çalışıram".

Xorvatiyalı oyunçu XXII turda "Şamaxı" ilə oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: "Hər şey əladır. 3 xal qazanmaq üçün hər şeyi etməliyik. Bu, asan olmayacaq, çünki səfərdə oynayırıq və başqa vəzifəmiz də var. Çox təəssüf ki, "Zirə"ni məğlub edə bilmədik, amma geriyə yox, irəliyə baxmalıyıq".

Brkiç azarkeşlərin 12-ci oyunçu olduğunu vurğulayıb: "Onların dəstəyi bizim üçün çox şey deməkdir. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.