İdman

Droqba itkin düşdü - Hamı onu axtarır

7 Aprel 2022 19:18
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Didye Droqbanın oğlu itkin düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliyanın ikinci liqa klubu "Koimbra"da çıxış edən İsak Droqba Fransaya getdikdən sonra itib.

21 yaşlı futbolçu Parisə universitet imtahanlarını vermək üçün yollansa da, geri qayıtmayıb. Klub rəhbərliyi yanvarda komandanın düşərgəsini tərk edən oyunçunu hələ də tapa bilmir.

Droqba 2021-ci ilin avqustunda "Koimbra"ya transfer olunub. O, son matçını da yanvarda keçirib.

Qeyd edək ki, atasının şərəfini qoruduğu "Çelsi"nin akademiyasında yetişən İsak Fransada "Genqam"ın U-19 və B komandasında, İtaliyanın "Karatese" klublarında da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.