İdman

İtaliyalı futbolçu evinin qapısını ukraynalı qaçqın ailəyə açdı: “İstədikləri qədər qala bilərlər” - FOTO

1 Aprel 2022 10:54
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Empoli" klubunda çıxış edən qapıçı Qulyelmo Vikario müharibə səbəbindən Ukraynadan didərgin düşmüş ailəyə sahib çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq Anna və onun 11 yaşlı oğlu Milan futbolçunun evində məskunlaşıblar.

"Anna və Milan istədikləri qədər bizimlə qala bilərlər. Mən məhz belə dəyərlərlə böyümüşəm. Bir neçə il əvvəl əmim Efiopiyada doğulan iki uşağı övladlığa götürmüşdü. Onlar artıq mənim əmioğlanlarımdır", - deyə 25 yaşlı qolkiper vurğulayıb.

Qulyelmo Vikario 11 yaşlı Milanı futbol məktəbinə yönəldəcəyini də dilə gətirib:

"Milana söz verdim ki, Udinezedə ona futbolun sirlərini öyrədəcək və gələcəkdə oynamasına şərait yaradacaq futbol məktəbi axtaracağam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.