İdman

Azarkeş futbolçunu təhqir etdiyinə görə həbs edildi

31 Mart 2022 12:36
0 Şərh     Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə "Mançester Yunayted" və İngiltərə millisinin futbolçusu Markus Reşfordu təhqir etdiyinə görə 19 yaşlı tərəfdar Castin Li Praysa 6 həftə həbs cəzası verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Prays "Twitter"də istifadəçi adını dəyişdirərək kimliyini gizlətməyə çalışıb.

Həbs edildikdən sonra o, ittihamları rədd etsə də, sonradan günahını etiraf edib.

Polisdən bildirilib ki, azarkeş Avropa çempionatının final matçının nəticələrinə görə irqçi təhqirlərdə günahkar bilinib.

Qeyd edək ki, İngiltərə 2020-ci il Avropa çempionatının finalında İtaliyaya penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Üç yanlış zərbəni məhz ingilislərin qaradərili futbolçuları Raşford, Bukayo Saka və Ceydon Sanço edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.