İdman

"Qeyri-adi heç nə görmədik" - De Byazi

26 Mart 2022 07:15
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox narazı qaldım. Daha çox şey gözləyirdim".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Malta ilə yoldaşlıq oyunundan sonra matç barədə fikirlərini açıqlayıb: "İstədiyimiz oyunu göstərə bilmədik. Futbolçulardan daha artığını gözləyirdim. Nəticə qazanmaq üçün bundan yaxşı oyun göstərməli idilər. Bəzi oyunçular bir neçə məşq keçib. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi vacib olan futbolçulardan daha çox şey gözləyirəm. Ən azından meydanda vuruşurduq. Bugünkü rəqib bizlə eyni səviyyədədir. Bu görüşdə daha istəkli olmalı idik".

De Byazi Səlahət Ağayevdən razı qaldığını bildirib: "Qapıçıdan razı qaldım. Digərlərindən qeyri-adi heç nə görmədik. Udmaq üçün meydanda daha yaxşı, daha cəld olmalıyıq. Hamımız ümid etməli, yığmadan yaxşı şeylər gözləməliyik. Belə qarşılaşmalar bizim uçsun yaxşı dərs olmalıdır".

Qeyd edək ki, millimiz Ta Qalidəki görüşdə 0:1 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.