İdman

DÇ-2022: Türkiyə millisi Portuqaliya ilə qarşılaşacaq

24 Mart 2022 08:27
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.

A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç - Çexiya matçının qalibi olacaq.

B yolunda Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. "Draqau" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart

A yolu
23:45. Uels - Avstriya

B yolu
23:45. İsveç - Çexiya

C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.