İdman

Nicat Rəhimovun olimpiya çempionluğu əlindən alındı

23 Mart 2022 10:48
0 Şərh     Baxış: 3 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb.

Nicat Rəhimovun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.