İdman

Malta - Azərbaycan oyununu ispaniyalı hakimlər idarə edəcək

20 Mart 2022 17:32
0 Şərh     Baxış: 972
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları bəlli olub.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Alexandro Ernandes matçın baş hakimi olacaq. Ona yan xətdə Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.

Qeyd edək ki, martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.