İdman

Azərbaycan boksçusu yarımfinala yüksəldi

19 Mart 2022 22:37
0 Şərh     Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, 1/4 finalda Marian Çinionu (Rumıniya) məğlub edib - 5:0 (30:27, 30:27, 29:28, 30:26, 29:28).

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.