İdman

Qələbəyə sevinərkən əlini sındırdı

19 Mart 2022 08:14
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Everton" komandasının baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Premyer Liqanın 20-ci turundan təxirə salınmış və ötən gecə baş tutan "Nyukasl"la ev oyununda əlini sındırıb.

Lempard 90+9-cu dəqiqədə vurduqları qələbə qolunu qeyd edərkən xoşagəlməz aqibətlə üzləşib. 43 yaşlı mütəxəssis hadisəni belə xatırlayır:

"Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazanaq, hər həftə əziyyət çəkməyə hazıram".

"Everton" "Nyukasl"la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.