İdman

Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli oldu

18 Mart 2022 07:39
0 Şərh     Baxış: 1 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bütün oyunlar eyni gündə baş tutub.

Mərhələnin ən maraqlı görüşlərindən biri Fransada olub. Burada cari mövsümdə müxtəlif mərhələlərdə "Qarabağ"ın rəqibi olmuş iki komanda - Marsel "Olimpik"i və "Bazel" üz-üzə gəlib. İlk matçda Fransa klubu 2:1 hesablı qalibiyyət əldə etmişdi. Cavab matçında da oxşar nəticəyə imza atan fransızlar 1/4 finala yüksəliblər.

Joze Mourinyonun "Roma"sı ilk oyunda minimal hesabla məğlub etdiyi "Vitess"i bu dəfə evdə sınağa çəkib. Cavab görüşündə qalib müəyyənləşməyib və növbəti mərhələyə "canavarlar" vəsiqə qazanıb.

Mövsümün sürpriz komandalarından sayılan "Bude Qlimt"in avrokubok macərası davam edir. İlk oyunda "Alkmaar"ı 2:1 üstələyən Norveç klubu cavab görüşündə heç-heçəyə nail olmaqla növbəti mərhələyə adlayıb.

İlk oyunda hərəyə 4 top vuran "Kopenhagen"lə PSV-nin cavab qarşılaşması da maraqla gözlənilirdi. Bu dəfə yalnız PSV 4 qol vurub, "Kopenhagen" isə susub.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
17 mart

Alkmaar (Niderland) - Bude Qlimt (Norveç) 2:2
Qol: Pavlidis, 18; 30 - Pelleqrino, 26. Sampsted, 105+1.
İlk oyun - 1:2

Kopenhagen (Danimarka) - PSV (Niderland) 0:4
Qol: Zahavi, 10; 79. Getse, 38. Madueke, 90+1.
İlk oyun - 4:4

Renn (Fransa) - Lester Siti (İngiltərə) 2:1
Qol: Buriqe, 8. Tait, 76 - Fofana, 51.
İlk oyun - 0:2

Bazel (İsveçrə) - Olimpik (Marsel, Fransa) 1:2
Qol: Ndoye, 63 - C.Ündər, 74. Ronjye, 90+3.
İlk oyun - 1:2

Gent (Belçika) - PAOK (Yunanıstan) 1:2
Qol: Depoytre, 40 - Krespo, 20. Auqusto, 77.
İlk oyun - 0:1

Roma (İtaliya) - Vitess (Niderland) 1:1
Qol: Abraham, 90+1 - Vittek, 62.
İlk oyun - 1:0

Feyenoord (Niderland) - Partizan (Serbiya) 3:1
Qol: Dessers, 45. Nelson, 59. Linssen, 90 - R.Qomes, 61.
İlk oyun - 5:2

LASK (Avstriya) - Slaviya (Praqa, Çexiya) 4:3
Qol: Vayzinger, 36; 76. Qruber, 88. Şmidt, 89 - Olayinka, 24. Bah, 37. Sor, 62.
İlk oyun - 1:4

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.