İdman

Sığınacaqda məskunlaşan ukraynalı futbolçu ata oldu - FOTO

1 Mart 2022 11:12
0 Şərh     Baxış: 2 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Desna" klubunun futbolçusu İqor Litovka ata olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə futbolçunun özü instaqram hesabında paylaşım edib.

Rusiyanın Ukraynaya hücumundan sonra sığınacaqların birində məskunlaşan futbolçunun həyat yoldaşı Yelena Litovka qız övladı dünyaya gətirib.

Ukrayna paytaxtının intensiv atəş altında olmasına baxmayaraq o, xəstəxanaya yollanıb.

Qeyd edək ki, İqor Litovka 2015-ci ildə "Neftçi"nin maraq dairəsində olub. O, hətta Bakı klubunun düşərgəsində təlim-məşq toplanışına gəlib, lakin məşqçilər tərəfindən bəyənilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.