İdman

“Mançester Siti”nin futbolçusu anasıyla birgə kütləvi davanın iştirakçısı olub - VİDEO

21 Fevral 2022 14:36
0 Şərh     Baxış: 1 630
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mançester Siti"nin futbolçusu qalmaqallı vəziyyətə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli mətbuatın məlumatın görə, fevralın 19-u axşam saatlarında "şəhərlilər"in yarımmüdafiəçisi Fil Foden "Mançester Arena"da keçirilən boks gecəsində iştirak edib. Onu yaxın dostları və qohumları, o cümlədən anası Kler Foden müşayiət edib.

Hadisədən sonra futbolçunun ailəsi ilə arenaya gələn naməlum qonaqlar arasında münaqişə yaranıb. Kişilərin futbolçunun sevgilisi Rebekka Kuku təhqir etdiyi bildirilib. Naməlum şəxslərdən biri Fodenin anasının üzünə zərbə endirib ki, bu da futbolçunun işə qarışmasına səbəb olub.

Qeyd edək ki, Foden bu mövsüm "Mançester Siti"nin heyətində 27 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.