İdman

Ən bahalı qış transferləri - 4 illik rekord qırıldı

13 Fevral 2022 17:22
0 Şərh     Baxış: 1 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış transfer pəncərələrində baş tutan ən bahalı hücumçu keçidləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu mənada rekord ötən ay "Fiorentina"nı "Yuventus"a dəyişən Duşan Vlahoviçə məxsusdur.

Vlahoviçin keçidi "qoca sinyora"ya 81,6 milyon avroya başa gəlib. Serbiyalı forvard hazırda "Barselona"nın formasını geyinən Pyerr-Emerik Obameyanqın rekordunu 4 ildən sonra yeniləyib. Qabonlu 2018-ci ildə "Arsenal"a Dortmund "Borussiya"sına 63 milyon 750 min avroya keçib.

1. Duşan Vlahoviç 
2022-ci il: "Fiorentina"dan "Yuventus"a - 81,6 milyon avro

2. Pyerr-Emerik Obameyanq
2018: Dortmund "Borussiya"sından "Arsenal"a - 63,75 milyon

3. Dieqo Kosta
2018: "Çelsi"dən "Atletiko"ya - 60 milyon

4. Fernando Torres
2011: "Liverpul"dan "Çelsi"yə - 58,5 milyon

5. Cekson Martines
2016: "Atletiko"dan "Quançjou Everqrand"a - 42 milyon

6. Endi Kerroll
2011: "Nyukasl"dan "Liverpul"a - 41 milyon

7. Sedrik Bakambu
2018: "Vilyarreal"dan "Beyçzin Quoan"a - 40 milyon

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.