PSJ Liqa 1-də növbəti matçına çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 24-cü turda "Renn" ilə qarşılaşıb. Görüşün ilk və ikinci hissəsində qapılara qol vurulmayıb. Lakin Paris klubunun futbolçusu Kilian Mbappe 90+3-cü dəqiqədə rəqibini məyus edib. Beləliklə, fransalı oyunçu komandasına qələbə qazandırıb - 1:0.
Qeyd edək ki. PSJ hazırda Liqa 1-in turnir cədvəlində 59 xalla 1-ci, "Renn" isə 37 xalla 5-cidir.
Milli.Az