İdman

İspaniya kuboku: Yarımfinalın püşkü atıldı

4 Fevral 2022 23:25
0 Şərh     Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, turnirin finalına vəsiqə uğrunda "Valensiya", "Atletik", "Rayo Valyekano" və "Betis" klubları mübarizə aparacaq.

Püşkə əsasən, "Valensiya" yarımfinalda "Atletik"lə üz-üzə gələcək. "Rayo Valyekano" isə "Betis"lə qarşılaşacaq.
 
İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.
 
İspaniya kuboku
Yarımfinal
 
Valensiya - Atletik
Rayo Valyekano - Betis

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.