İdman

“Barselona”nın qapıçısı “Qalatasaray”da - FOTO

1 Fevral 2022 17:30
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"da qapıçı axtarışları başa çatıb.

Fernando Musleranın zədələnməsindən sonra arzulanan performansdan uzaq olan Fatih Öztürk və İsmail Çipe ilə kifayətlənməyən "Cim-Bom" "Barselona"dan İnyaki Penya ilə anlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubla ispan qapıçı arasında artıq icarə müqaviləsi imzalanıb.

İstanbul komandası bu transfer üçün Kataloniya klubuna icarə haqqı ödəməyəcək və mövsümün sonunda Penya "Barselona"ya qayıdacaq.

Qeyd edək ki, 2018-ci ildən "Barselona"nın B Komandasının qapısını qoruyan futbolçu 63 matçda meydana çıxıb və 22 matçda rəqiblərinin qol vurmasına imkan verməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.