İdman

“...milliyə gəlmək istəmirdim” - Eddi İsrafilov

9 Yanvar 2022 23:10
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin yeni transferi Eddi İsrafilov klubun rəsmi televiziyasına müsahibə verib.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, uzun müddətdir futbol oynamasa da, İspaniya "Luqo"sunda hazırlıq keçdiyini və bu üzdən fiziki hazırlığının qaydasında olduğunu diqqətə çatdırıb:

"Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Əslində "Luqo" ilə müqavilə imzalamalıydım. Amma "Neftçi" ilə yaradılan əlaqədən sonra bu komandaya keçmək qərarına gəldim. Hesab edirəm ki, bu, gələcək karyeram üçün yaxşı seçimdir. Burada əsas məqədim bütün oyunlarda özümü yaxşı tərəfdən göstərmək və bacardığım qədər çox titul qazanmaqdır".
 
Təcrübəli yarımmüdafiəçi yenidən Azərbaycan milli komandasında oynamaq istədiyini gizlətməyib: "Son 6 ayda baş məşqçi məni bir neçə dəfə yığmaya dəvət edib. Amma klubsuz olduğum üçün özümü tam hazır hiss etmədiyimdən milliyə getməməyə qərar verdim. Lakin hazırda "Neftçi"dəyəm və inanıram ki, buradakı oyunumla yenidən yığmada çıxış edəcəyəm".
 
İsrafilov insanlardan dəstək gözlədiyini etiraf edib: "Ağ-qara rənglərə görə əlimdən gələnin ən yaxşısını edəcəyəm. Çox gözəl şəhərdəyəm. Anam azərbaycanlıdır. 4-5 il il bu ölkədə yaşamışam, burada böyümüşəm".
 
Xatırladaq ki, Eddi İsrafilov "Neftçi" ilə 2.5 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.