İdman

“Fənərbağça” baş məşqçisi ilə yolları ayırdı

20 Dekabr 2021 23:00
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça"  baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Pereyra bu ilin iyulun 2-dən İstanbul təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb.

"Fənərbağça" Türkiyə Superliqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.