İdman

Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

16 Dekabr 2021 21:42
0 Şərh     Baxış: 1 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.

İsveçrənin Montrö şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan yığmamız Slovakiya, Belarus, Qazaxıstan / Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Millətlər Liqasının təqvimi

1-ci tur: 2 - 4 iyun

2-ci  tur: 5 - 8 iyun

3-cü  tur: 9 - 11 iyun

4-cü  tur: 12 - 14 iyun

5-ci tur: 22 - 24 sentyabr

6-cı tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.