İdman

“Qarabağ” Konfrans Liqasının ən yaxşı ikinci komandasıdır

10 Dekabr 2021 08:09
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində topla ən çox oynayan komandalardan biridir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi son turda "Bazel"lə səfər matçını da bu mənada üstün keçirib.

Avrokuboklardakı yeganə komandamız 0:3 hesablı məğlubiyyətə baxmayaraq, 56 faiz topa yiyələnib. Ümumilikdə 6 tur ərzində "Qarabağ" hər matçda 60,7 faiz topla oynayıb ki, bu, turnirin ən yaxşı ikinci göstəricisidir. Qurban Qurbanovun yetirmələri yalnız "Alkmaar"dan geri qalıb. Niderland təmsilçisində bu göstərici 62,8 faizdir. İlk "üçlüy"ü isə 59,8 faizlə Belçika klubu "Gent" qapayıb.

Qeyd edək ki, H qrupunda 11 xalla ikinci yeri tutan "Qarabağ" pley-offa vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.