İdman

"Neftçi"nin fan-klub rəhbərindən qarğış: "Hər kəsin Allah bəlasını versin”

6 Dekabr 2021 16:52
0 Şərh     Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin bu mövsümdəki qeyri-stabil çıxışını klubun azarkeşləri narazılıqla qarşılayır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın Premyer Liqanın XIII turunda "Sumqayıt"la oyundakı çıxışı da tənqid obyektinə çevrilməsinə səbəb olub.

Xüsusən də, "Forza Neftçi" fan-klubu 0:0 hesablı bərabərliyin ardından uğursuzluğun günahını rəhbərlik və baş məşqçi Samir Abasovda görüb. Fan-klubun rəhbəri Sübhan Əliyev "Facebook" səhifəsindəki paylaşımında komandanı bu duruma salanları istefaya səsləyib: "Hamınız istefa verməlisiz, hamınız!!! Klubu bu günə qoyan hər kəsin Allah bəlasını versin".

Fanatlar təcili klubda radikal dəyişikliklərin aparılmasını tələb ediblər. Əks təqdirdə, qeyri-stabil çıxış davam edərsə, azarkeşlər komandadan üz döndərmək, oyunlara getməmək barədə düşünür.

Qeyd edək ki, 13 turdan sonra 21 xal toplayan son çempion turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.