Elmar Baxşıyev: "Oyunumuz heç kimə təəccüblü gəlməsin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Zirə" bu mövsüm çox iddialıdır".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIII turunda "Zirə" ilə keçirilən oyun barədə danışarkən deyib.
Bakıda minimalhesablı qələbə qazanan (2:1) "qırmızı-qaralar" turnir cədvəlində rəqibini geridə qoyaraq, ikinci pilləyə yüksəlib.
Baxşıyev qarşılaşmadan sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: "Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Həm müdafiədə, həm də hücumda etibarlı olurlar. Dinamik oyun izlədik. Hər iki komanda qələbəyə layiq idi. Futbolçuları təbrik edirəm, xarakter göstərdilər. İnanıram ki, getdikcə daha yaxşı çıxış edərək, iddiamızı ortaya qoyacağıq".
- Komandanın həm meydanda can qoymasının, həm də qələbələr qazanmasının resepti nədir?
- Formalaşdırdığımız komanda çox mehribandır. Futbolçular bir-birlərinə qarşı bağlıdırlar, səmimidirlər. Uduzduğumuz oyunda da istədiyimi meydançada göstərirlər. Həmişə ilk tapşırığım o olub ki, istədiyim oyunu ortaya qoysunlar. Bu, hərdən alınır, hərdən alınmır. Komanda məşqlərdə də bunu göstərir. Mövsümün əvvəlində "Qəbələ" iddiasız görünə bilərdi. Amma oyunlar göstərdi ki, daha yaxşı olmağı bacarırıq. Bu, heç kimə təəccüblü gəlməsin.
- İsnik Alimi və Rafael Utqiz bu gün sanki tempdən düşmüşdü, çox top itkilərinə yol verirdi. Bu, yorğunluqla əlaqəli ola bilər?
- Yorğunluq yox, sadəcə "Zirə"nin futbolçuları fəal idi, təzyiq edirdilər. Hər ikisi bizim aparıcı futbolçularımızdır.
- Rövlan Muradovun əvəzlənməsi zədələnməsi ilə əlaqədar idi?
- Xeyr, sarı vərəqəyə görə əvəzlədim. Ancaq zədəsi də var. Hətta bu gün oynayıb-oynamaması sual altında idi.
- Növbəti turda "Neftçi"yə də qalib gəlsəniz, rəqiblərinizdən xeyli uzaqlaşmış olacaqsınız. Bu mənada "Qarabağ"la çempionluq mübarizəsində komandanızın real gücünü necə görürsünüz?
- Biz yalnız qarşıdakı rəqibi düşünürük. Qismətdə nə varsa, o da olacaq.
- Adətən məğlub olan komandanın baş məşqçisi hakimlikdən şikayətlənir. Bu gün isə sizin də narazılıqlarınız var idi?
- Narazılıq deməzdim. Bizim etirazlarımızı da normal qarşılamaq lazımdır. Çünki həmin anda stress içində oluruq. Ola bilsin ki, epizodlar bizə fərqli, hakimlərə fərqli görünsün. Amma ümumilikdə referinin matçı normal idarə etdiyini fikirləşirəm. Omar Haniyə də ikinci sarı vərəqə düşürdü.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?





