İdman

"Beşiktaş"ın aparıcı futbolçusu 3 ay oynamayacaq

4 Dekabr 2021 18:45
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" futbol klubu ciddi itki ilə üzləşib.

Milli.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi Jorj-Kevin N Kudu zədələnib.

Səfərdə "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XV tur matçında ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, bu mövsüm "Beşiktaş"ın heyətində 9 oyunda meydana çıxan Jorj-Kevin N Kudu 2 qol vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.