İdman

Maykl Karrik 15 ildən sonra “Mançester Yunayted”dən getdi

3 Dekabr 2021 10:58
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maykl Karrik "Mançester Yunayted"i tərk edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssisin özü açıqlayıb.

Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni müvəqqəti icra edən Karrik Premyer Liqa klubundan ayrılıb. "Arsenal" üzərində 3:2 hesablı qələbə onun əvəzləyici postunda son matçı olub.

Karrik yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq. Bununla da onun Mançester təmsilçisindəki 15 illik fəaliyyəti başa çatıb. Karrik 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi klubun uğurları üçün çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.