Cəmiyyət

Builki təhsil haqqını ödəmiş şəxslər də tələbə krediti üçün müraciət edə bilər - Nazir müavini

25 Noyabr 2021 13:12
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllik təhsil haqqını ödəyən tələbələr də müvafiq şərtlərə cavab verirlərsə, təhsil tələbə kreditləri üçün müraciət edə bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu halda tələbənin ödədiyi təhsil haqqı ona geri qaytarılır.

"Artıq tədris prosesi başlayıb. Tələbələr təhsil haqqının müəyyən hissəsini ödəyiblər. Qaydalarda həmin tələbələrin də kredit üçün müraciət etməsi ilə bağlı məsələ əksini tapıb. Təbələrin təhsil haqqılarını ödəyib-ödəməməsindən asılı olmayaraq onlar kredit üçün müraciət edə bilərlər. Bu halda tələbə tərəfindən ödənilmiş təhsil haqqı ona geri qaytarılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.