Cəmiyyət

Şəhid ailəsinin ev problemi - VİDEO

24 Noyabr 2021 14:18
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonu Yuxarı Aran qəsəbə sakini, şəhid anası Badisəba Yusifovanın Problem verilişinə müraciət etməsinə səbəb Vətən uğrunda əbədiyyətə qovuşan oğlunun adına tikdirdiyi evlə bağlı çətinliyidir. Badisəba ananın oğlu Məhəmməd Yusifov 1-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Sonradan oğlu Yusifin xatirəsini yaşatmaq üçün ana onun adına ev inşa etdirmək istəyib. Dövlət tərəfindən şəhid ailələrinə ayrılan 11 min manatla bu istəyin reallaşdırılmasına başlanılsa da maddi vəsaitin yetərli olmaması səbəbindən evin tikintisi də yarımçıq qalıb. İndi ahıl yaşında olan Badisəba ananın yeganə arzusu şəhid oğlunun adı ilə başladığı bu işin nəticəsini görməkdir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, şəhid anası indi səhhətində problem olan digər oğlu və onun ailəsi ilə birgə təmirsiz evdə yaşayır. Dolanışıqlarının əsasən şəhid oğluna görə verilən vəsaitə bağlı olduğunu bildirən Badisəba Yusifova maddi vəziyyətlərinə görə həmin evin tikintisini davam etdirməyin qeyri-mümkün olduğunu deyir. Çarəsiz qalan ana rayon rəhbərliyinin bu işdə ona yardım etməsini istəyir.

Şəhid anasının müraciəti ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinə üz tutduq. Müharibə Veteranları və Şəhid Ailələri üzrə İşin Təşkili şöbəsinin müdiri Heybət Əliyev şəhid Məhəmməd Yusifovun anası Badisəba xanımın mənzil növbəsinə qeydiyyatda olduğunu bildirdi. ananın tikdirdiyi və yarımçıq qalan evlə bağlı isə şöbə müdiri gələcəyə hesablanmış olsa belə ümidli danışdı.

İndi Badisəba anaya yenə gözləmək qalır. Amma inanırıq ki, artıq rayon rəhbərliyinin də diqqətində olan şəhid anası çox gec olmadan növbəsində durduğu yeni mənzillə təmin ediləcək, eləcə də müəyyən vəsaitin köməyilə şəhidin adına tikilən yarımçıq evin damı qoyularaq başa çatdırılacaq. Unutmayaq ki, qanı və cismi ilə vətən torpağına qarışan şəhidlərimizin müqəddəs adı qarşısında hər birimiz borcluyuq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.