Şəhidlik zirvəsinə ucalan baş gizir Nahid Mikayılov - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində doğulan Nahid Mikayılov, 2000-ci ildən ordu sıralarında qulluq edir. Hərbiyə olan marağı onu bu sahəyə gətirib. Azərbaycan ordusunda əvvəlcə gizir, sonra isə baş gizir kimi xidmət edən Nahid, 20 illik qüsursuz xidməti və aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar sayəsində medal və fəxri fərmanlarla təltif olunub. Vətənə sevgisi ailəsinə olan sevgidən daha üstün gəldiyindən şəhidimizin evinə sonuncu gəlişini doğmaları vida görüşü adlandırır.
Milli.Az Real TV-yə istinadən xəbər verir ki, şəhidin xanımı deyir ki, Nahid oktyabrın 26-sı zəng vurub evə gələcəyini söyləsə də, gələ bilmədi.
3 övladı olan şəhidimiz, sözün əsl mənasında onlarla nəfəs alırdı desək, heç də yanılmarıq. Nahid evə hər zəng etdiyində övladlarıyla danışaraq, onlarla maraqlanardı. Sonuncu dəfə oktyabrın 29-da atasıyla danışan Nihad söyləyir ki, sanki atası şəhid olacağını bilirmiş.
Ömrünün 20 ilini ordu sıralarında vətənə xidmət edən 38 yaşlı baş gizir Nahid Mikayılov, Vətən Müharibəsi başlayandan ön xətdə düşmənlə üz-üzə döyüşüb. Silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsi və texikasını məhv edib. Qızğın döyüşlər zamanı minaatan mərminin hədəfinə çevrilən Nahid, aldığı ağır qəlpə yaralarından şəhid olub. Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizdən geriyə 3 oğul övladı qalıb. Məhz qəhrəman atalarının yolunu gedəcək gələcəyin 3 əsgəri. Qeyd edək ki, şəhid Nahid Mikayılov, Ağdamın azad olunmasına, Vətən uğrunda və cəsur döyüşçü medalları ilə təltif olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva





