Cəmiyyət

Şamaxıda iki avtomobil toqquşub, xəsarət alan var

20 Noyabr 2021 20:46
0 Şərh     Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxıda iki avtomobil toqquşub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) sayrına istinadən məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.