Cəmiyyət

Sumqayıtda unikal addım: istifadəsiz geyimləri bu qutuya atın - VİDEO

15 Noyabr 2021 14:12
0 Şərh     Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin əksər yerlərinə xüsusi tullantı qabları qoyulub. Bu qutulara yığılan tullantılar təkrar emal olunacaq. Bu yolla şəhərin ekoloji təmizliyinin qorunmasına tövhə veriləcək.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərin bir çox yerində üzərinə istifadə olunmuş geyim, ayaqqabı və tekstil yazısı olan qutular qoyulub. 

Bu qutular əsasən insanların daha sıx yaşadığı binaların qarşısına yerləşdirilib. Sakinlər istifadəsiz geyim əşyalarını daha zibil qutularına deyil, bu qablara atmaqla ekoloji çirklənmənin qarşısının alınmasında iştirak edəcəklər.

Sumqayıt Şəhər Təmizlik Departamenti tərəfindən müxtəlif ərazilərdə yerləşdirilən bu qutulara toplanan tullantılar aidiyyəti üzrə təhvil veriləcək.  

Gələcəkdə qutuların sayının artırılması nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.