Cəmiyyət

Qarabağ Müharibəsinin gizli qəhrəmanları - "Dəniz pişikləri" - VİDEO

4 Noyabr 2021 21:07
3 Şərh     Baxış: 4 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşmənin gözləmədiyi istiqamətdən hücuma keçdik. Ermənilər "val" qazmışdılar - enli, dərin, hündür. Torpaqlarımızın işğalda olduğu illər ərzində hər gün, hər an müharibə gözləyirdilər".

Milli.Az bildirir ki, bunu Dəniz Piyadaları SAH-SAM dəniz xüsusi təyinatlıları  deyirlər. Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı əldə etdiyi zəfərdə Silahlı Qüvvələrin bir çox qoşun növü xüsusi qəhrəmanlıq göstərib. Onların arasında "Dəniz pişikləri"ni xüsusi qeyd etmək olar.

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan Dəniz Piyadaları SAH-SAM dəniz xüsusi təyinatlıları keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər: Döyüşlərdə "Dəniz pişikləri", yəni SAT-larımız 9 şəhid verib.

"Təsəvvür edin, onların bir bölükdən az şəxsi heyəti düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb, qaçmağa məcbur edir. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərlərini öldürdü. Geridə qalmış şəhidlərimizin cəsədlərini götürdülər", - qazilərimiz deyirlər.

İTV-nin hazırladığı "Görünməyən qəhrəmanlar - Dəniz pişikləri" sənədli filmini təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.