Cəmiyyət

Düşməni heyrətə salan əməliyyatın ŞOK görüntüsü: Əvvəl "Harop", ardınca "Bayraktar"... - VİDEO

2 Noyabr 2021 17:48
0 Şərh     Baxış: 1 887
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Müdafiə Nazirliyinin internet səhifəsində "Bayraktar TB2" tərəfindən məhv edilən düşmən hədəflərinin video görüntüləri yerləşdirilib və ictimaiyyət tərəfindən izlənilib. Bu videoların birində düşmənin ən müasir "Tor-M2KM" zenit-raket kompleksinin məhv edilməsi də var".

Milli.Az xəbər verir ki, general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib:

"Həmin videoda "Bayraktar" zenit-raket kompleksini aşkarlayır və izləyir. "Tor" anqara daxil olduqdan sonra "Harop" və "Bayraktar" həmin hədəfə zərbə endirir. Anqarda olan heyət baş verən yanğını söndürməyə çalışarkən bizim "Su-25" təyyarəmiz lazerlə tuşlanan avia bomba ilə hədəfi tamamilə məhv edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.