Cəmiyyət

Hikmət Mirzəyev ilk dəfə Şuşa döyüşlərindən danışdı - VİDEO

2 Noyabr 2021 08:03
2 Şərh     Baxış: 6 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı"nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.

"Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim", - o duyğularını dilə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.