Cəmiyyət

Kənd sakinlərindən nümunəvi addım - VİDEO

1 Noyabr 2021 15:12
0 Şərh     Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şabranın Daşlıyataq kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən mübarizə zamanı Şabran rayonunun Daşlıyataq kəndindən olan qəhrəmanlar da iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər.

Onlardan iki nəfəri Birinci Qarabağ, 1 nəfər isə Vətən müharibəsində şəhid olub. Bu qəhrəmanların xatirəsi yerli sakinlər tərəfindən əbədbiləşdirilib. Belə ki, sakinlərin təşəbbüsü ilə kəndin mərkəzində bulaq və abidə kompleksi inşa edilib. Abidə kompleksində 3 nəfər şəhidin büstü qoyulub.

Sakinlərin təşəbbüsünü yüksək qiymətləndirən şəhidlərin yaxınları bu nümunəvi addımın onları çox qürurlandırdığını bildirdilər. Onlar hesab edir ki, şəhidlərin əziz xatirəsinə ucaldılan abidə həm də gənc nəsilin vətənpərvər ruhda böyüməsində müstəsna rola malikdir.

Abidə kompleksinin açılış mərasimində çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışdılar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edildi. Mərasimdə məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirildi. Sonda abidə sakinlər tərəfindən ziyarət olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.