Cəmiyyət

Günün qoroskopu: işlərdə bəxtiniz gətirəcək

29 Noyabr 2021 00:01
12 Şərh     Baxış: 8 456

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ciddi problemləri götür-qoy etmək üçün münasib gündür. Situasiyanı analiz etmək, başqalarının nəzərdən qaçırdıqlarını görmək iqtidarındasınız. Vacib işlərlə məşğul olmaq, uzunmüddətli təsiri olan qərarlar vermək olar. Həm öz gücünüzü, həm yaranan şəraiti düzgün qiymətləndirirsiniz.
Gün hüquqi məsələlərin həlli, hüquqşünaslar, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasibdir. Bir çox Qoçlar üzərlərinə müəyyən məsuliyyət götürür, vəd verir və onları sözsüz yerinə yetirirlər.

Buğa - məhsuldar və maraqlı gündür. Bir çox problemləri qeyri-standart yanaşma yolu ilə həll edə bilərsiniz. Cəmiyyətin həyatında, xeyriyyə aksiyalarında iştirak etmək məsləhətlidir. Özünüzə qapanmayın. Hətta ətrafınızdakılarla təmaslar sizə yorucu görünsə belə, sizin ünsiyyətə ehtiyacınız var.
İri alış-veriş etmək olar. Xanım Buğaların bu, yaman xoşuna gələcək: həm qarderoblarını, həm imiclərini yeniləyə bilərlər. Axşam romantik görüş vəd edir, onu unutmaq çətin olacaq.  

Əkizlər - bu gündən çox şey gözləməyin. Azacıq da olsa, ciddi maneə ilə rastlaşan kimi başladığınız işləri yarımçıq qoymağa meyllisiniz. Təbiətinizə xas qətiyyət və inad bu gün sizi tərk edib.
Ətrafınızdakılara diqqət edin, işgüzar danışıqlarda şəxsi simpatiyanızı nümayiş etdirməkdən çəkinməyin (təbii ki, qədərində). Ola bilsin ki, məhz yaxşı təəssürat oyatdığınıza görə nüfuzlu bir şəxs sizə dəstək versin.

Xərçəng - yaxşı, asan gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. Vacib qərarları asanlıqla verirsiniz - siz, sadəcə olaraq, intuisiyanızı dinləyirsiniz, onlar da səhvsiz alınır.
Ətrafdakılarla münasibətlər ahəngdardır. Asanlıqla gözəl təəssürat yaradır, insanların rəğbətini qazanırsınız. Yaxın zamanda həyatınızı dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.

Şir - ciddiləşin, o zaman heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.

Qız - xoş, asan, maraqlı gündür. Ağlınıza maraqlı fikirlər gəlir və dərhal onlardan yararlanırsınız. Yaradıcı potensialınız çox yüksəkdir. Yeni bir işə başlaya bilərsiniz, uğur qazanacağınıza əmin olun. Ünsiyyət üçün münasib gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz.
İnsanlarla ünsiyyətdən nəinki zövq alır, həm də bundan yaxşıca yararlanırsınız. Ətrafınızdakılar bundan duyuq düşmürlər və buna görə də aranızda inciklik yaranmır. Uzaqdan vacib xəbərlər ala bilərsiniz. Dəyərli hədiyyələr almağınız da mümkündür.

Tərəzi - heç də düşündüyünüz kimi pis gün deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız azalır. Bir az fasilə verib istirahət edin.
Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə gedin. Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək imkanı çox faydalı olacaq. Bir çox Tərəzilərin kefini uşaqlarla ünsiyyət açacaq.  

Əqrəb - sahibkarlar ciddi uğurlara və sərfəli sövdələşmələrə ümid edə bilərlər. Günəmuzd işləyənlərin isə gəlir baxımından bu gün bəxtləri gətirmir. Danışıqlar aparmaq olar, amma son qərarı vermək hələ tezdir.
Hissiyyat və intuisiya çox güclənib. Bəziləri ətrafdakıların fikrini oxumağa qadirdirlər. Aldığınız məlumatdan elə istifadə edin ki, kimsə zərər görməsin.

Oxatan - xoş gündür. Gözlənilməz uğurlar, qələbələr mümkündür. Sırf maraq naminə girişdiyiniz işlər yaxşı gəlir gətirir. Eksperiment və risk etməkdən, qeyri-adi qərar qəbul etməkdən çəkinməyin. Bir çox hallarda məhz ekstravaqant hərəkətlər ən düzgün olacaq.

Yaradıcı potensialınız çox yüksəkdir. Oxatanlar gözlənilmədən qeyri-adi istedadlarını kəşf edəcəklər. Çox cazibədarsınız, sizə vurulmamaq çətindir, odur ki, diqqətin çoxluğuna təəccüblənməyin.

Oğlaq - bu gün xeyli gözəl hadisə vəd edir. Özünüzə və uğurunuza inanın. Risk etməkdən çəkinməyin: siz ciddi təhlükə olmayan anda qətiyyətli hərəkət etmək üçün kifayət qədər ehtiyatlısınız. Təmaslarda diqqətli olun, sonradan sizə böyük ziyanı dəyən bir adamla işbirliyinə girə bilərsiniz.
Yaxınlarınızla əla dil tapırsınız. Ümumi məqsədlərə çata bilirsiniz. Hamının maraqlarını nəzərə alırsınız. Gələcək planları, alış-verişi, istirahəti müzakirə etmək olar. Planlaşdırılmamış səfərlər maraqlı və xoş keçəcək.

Dolça - işlərdə bəxtiniz gətirəcək. Xeyli nailiyyət qazanmaq şansınız var. Rəqiblərinizi xeyli geridə qoya, çox nüfuzlu düşmənlərinizə qalib gələ bilərsiniz. Adəti üzrə olduğundan daha çox risk etməyə meyllisiniz, bu isə ciddi itkilərə yol açır.
Güclü intuisiya və fantaziyanız şəxsi problemləri həll etməkdə yardımçınız olur. Sevdiyiniz şəxsə mürəkkəb bir işdə kömək edir, daxili təzadlarını yenməkdə ona kömək olursunuz. Bir sözlə, yaxınlarınızla münasibətlərdə ahəngdarlıq hökm sürür.

Balıqlar - gözlənilməz kəşflər və faydalı tapıntılar günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca rəqibləriniz qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər sizə ilham verir, hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar, yaxud ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul dalınca qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli şeylər var.  

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 00:02531

    İlk həftəmizin birinci günü uqurlu gün, maraqlı seher diləyirəm.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 00:033721

    Hər gözlənilən tez soyuyar Məsələn stekanda çay.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 00:046466

    Həyatda uqur qazanmak isteyirsensə həyata nifret etməlisən.Uqura aparan yol nifretdən baslayir.

    Cavab yaz
    • Anonim
      °° · 29 Noyabr 2021 07:52730

      Ooooooooo.........

      Cavab yaz
    • Anonim
      Səhv fikirdir, · 29 Noyabr 2021 12:0628

      Uğura aparan yolun başlanğıcı rəqabətdir. Nifrət hissi isə birinci növbədə nifrət edən insanın özünü daxildən parçalayır, bu hiss davamlı olduqda isə məhv edir.

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 15:38265

        İnsanda nifret hissi bir az da paxillik olmasa ireli getmək mümkün deyil.Bu heyat ədaletsizdi ona göre heyat senə necedi sen de elə olmalısan və qazanmalısan.

        Cavab yaz
  • Anonim
    Qoc · 29 Noyabr 2021 06:1230

    Uzerime goturduyum her bir isi elbete yerine yetirirem:)yeter ki gucum catacaq olsun:)

    Cavab yaz
  • Anonim
    Esmer · 29 Noyabr 2021 06:1540

    Her kese salam necesiz?.Hefdenin ilk is gunu her kese duserli gun olsun insallah :)

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 08:1120

      Bahem,Esmər cannn,cox saq ol var ol.Sen necesen usaqlar necedi?

      Cavab yaz
      • Anonim
        Esmer · 29 Noyabr 2021 11:5610

        Cox sag ol gozel Esram sen necesen baci senin oglun necedi ?

        Cavab yaz
        • Anonim
          Esra ıbrahimli(Şamaxı) · 29 Noyabr 2021 15:3700

          Cannn Əsmerim,biz də yaxsiyiq Şükür Allaha.

          Cavab yaz
  • Anonim
    SEVDA · 29 Noyabr 2021 09:4230

    HƏR KƏSƏ UGURLU İŞ HƏFTƏSİ ARZULAYIRAM.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.