Cəmiyyət

Koronavirusun ən təhlükəli simptomu açıqlandı

6 Oktyabr 2021 09:06
0 Şərh     Baxış: 3 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasını tənəffüs sürətinə görə təsbit etmək mümkündür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı allergoloq-immunoloq Vladimir Bolibok bəyan edib.

Onun sözlərinə görə, COVİD-19-un yeni ştamlarında qoxu itkisi, öskürək və hərarət artıq koronavirusun vacib əlaməti sayılmır.

"Diqqət etməli olduğunuz ən vacib şey insanın boğulmağa başlamasıdır. Təngnəfəslik  müşahidə edilərsə, bu, ən təhlükəli simptomdur", - deyə həkim bildirib.

Onun sözlərinə görə, əgər insan ağır fiziki əməklə məşğul deyilsə, yaxud sakit haldadırsa (stress keçirmirsə), onun nəfəs alma sürəti dəqiqədə 20 nəfəsi keçməməlidir. Sakit vəziyyətdə insan daha tez nəfəs alırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.