Cəmiyyət

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alanlar var

5 Oktyabr 2021 08:48
0 Şərh     Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, paytaxtın Nəsimi rayonu ərazisində motosikletlə minik avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, 1997- cı il təvəllüdlü Ələsgərov Hacı Samir oğlu və sərnişini, 1998-ci il təvəllüdlü Əhmədov Yusif Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Ələsgərova sağ əlin açıq sınığı. Y.Əhmədova isə sol baldırın ön səthinin çapılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.