Cəmiyyət

Polad Həşimovun qızı atasının məzarı önündə - FOTO

29 Sentyabr 2021 18:48
1 Şərh     Baxış: 1 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günündə atasının qəbrini ziyarət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  həmin anın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olan Aybəniz II Fəxri Xiyabanda atasının məzarını ziyarətə gedərkən ağ xalat geyinib.

Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra "Milli Qəhrəman" adı verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.