Kəlbəcər balı ilk dəfə Bakıda yarmarkada satışa çıxarılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq.
Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında arıçı-sahibkar Sabir Mustafayev deyib.
Sahibkar bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: "Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir".
S.Mustafayev bildirib ki, ötən il arıçılıq üçün məhsuldar il olmayıb: "Ötən il dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu. Hər arı yeşiyindən 19 kilo bal götürüldü. Amma bu il bu göstərici 25-30 kiloqram oldu. Müəyyən sayda arı ailəsini Daşkəsənə, bir qismini isə Kəlbəcərə apardıq. Daşkəsəndə bir arı ailəsindən 28 kiloqram, Kəlbəcərdə isə 53 kiloqram bal götürdük. Çünki Kəlbəcərdə iki dəfə süzmə elədik".
Sahibkar bildirib ki, hazırda başqa ərazilərin balının 1 kiloqramı 20-25 manat, Daşkəsən balının bir kiloqramı 30-35 manat, Kəlbəcər balının bir kiloqramı isə 40-45 manatdır: "Biz həmçinin hər il əldə etdiyimiz məhsulun 20 faizini şəhid ailələrinə pay veririk. Hər il bal mövsümündə şəhid ailələrinə baş çəkirik və onlara müəyyən qədər bal veririk. Bu il də əldə etdiyimiz balın bir hissəsini şəhid ailələrinə vermişik".
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov isə Trend-ə açıqlamasında deyib ki, sahibkarlar yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidir: "Sahibkarlar yarmarkada iştirak üçün müraciət edir və qeydiyyatdan keçirilir. Qeydiyyatdan keçən sahibkar öz məhsulunu yarmarkada satışa çıxarır. Digər sahibkarlar kimi, Kəlbəcərdə arıçılıqla məşğul olan sahibkarlar da müraciət edib qeydiyyatdan keçə bilərlər. Əgər həmin arıçılar müraciət edərsə, onların da müraciəti müsbət qarşılanacaq və Kəlbəcər balı yarmarkada satışa çıxarılacaq".
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr - 7 noyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)





