Cəmiyyət

Məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir VİDEO

4 Sentyabr 2021 13:36
0 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda valideynlərdən vaksinaya olunmaları tələb edilib. Əks halda övladlarının məktəbə buraxılmayacağı deyilib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Tovuzun Alakol kənd sakini Vasif Məmmədovun iki övladı Nürəddin Sadıqov adına Alakol kənd tam orta məktəbdə təhsil alır.

Ötən gün ona və digər valideynlərə övladlarının sinif müəllimi bildiriş göndərib ki, COVID-19 pasportu olmasa, övladı yeni tədris ilində məktəbə buraxılmayacaq.

Sözügedən məktəbin direktoru Elmira Cəfərova valideynlərdən COVID-19 pasportunu tələb etdiyini etiraf edib. Amma bunu məcburi qayda kimi yox, şagirdlərin sağlamlığı üçün tövsiyə xarakterli olduğunu deyib.

Məktəb direktorunun bu tələbi barədə kimdən göstəriş almasını öyrənmək üçün Tovuz rayon Təhsil Şöbəsinə üz tutduq. Qurumdan bildirildi ki, valideynlərdən COVID-19 pasportunun məcburi qaydada tələb edilməsi doğru deyil.

Təhsil Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, valideynlərdən vaksin pasportunun tələb olunması ilə bağlı Nazirlikdən heç bir göstəriş verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.