Vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mikrobiznes subyektləri üçün Vergi Məcəlləsinin təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov mikrosahibkarlıq subyektləri üçün güzəştlərin Vergi Məcəlləsində nəzərdə tutulduğunu bildirib.
O qeyd edib ki, biznes subyektlərinin qruplara bölünməsi Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə tənzimlənir. Burada iki meyar - işçilərin sayı və vergiödəyicisinin illik gəlirinin miqdarı nəzərə alınır. Həmin qərara əsasən, biznes subyektlərinin sərhədləri belə müəyyən edilib:
Mikrosahibkar: 1-10 işçi, illik gəliri 200 min manata qədər;
Kiçik sahibkar: 11-50 işçi, 200 min - 3 milyon manat arası illik gəlir;
Orta sahibkar: 51-250 işçi, 3 milyon - 30 milyon manat illik gəlir;
İri sahibkar: 250 nəfərdən çox işçi, 30 milyon manatdan çox illik gəlir.
Ümumilikdə, vergiödəyicisinin müəyyən bir qrupa aid olub-olmadığını müəyyən edərkən qeyd olunan iki meyardan daha böyük olan nəzərə alınır.
Məsələn, şirkətin illik gəliri 150 min manat, işçilərinin sayı 12-dir. Bu şirkət heç bir halda mikrobiznes qrupuna aid ola bilməz. Həmin sahibkarlıq subyekti kiçik biznesə aiddir. Bu isə həmin şirkətin mikrobiznes subyektləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcəyi mənasını verir.
V.Mirheydərovun sözlərinə görə, bu çox vacib məqamdır. Ona görə də hər hesabatda 75 faiz gəlir vergisinə güzəşt nəzərdə tutmaq sahibkarlar üçün mənfi hallar gətirə bilər. Əslində, hər bir güzəştdən istifadə etməzdən əvvəl həmin güzəştin həqiqətən biznes subyektinə aid olub-olmadığı ciddi şəkildə təhlil olunmalıdır. Əks halda, vergiödəyicisi maliyyə sanksiyaları ilə üzləşə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





