Cəmiyyət

Binə qəsəbəsində antisanitariya hökm sürür - VİDEO

31 Avqust 2021 16:08
0 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binə  qəsəbəsi, İmadəddin Nəsimi küçəsində antisanitar vəziyyət hökm sürür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iki həftəyə yaxındır ki, ərazidən keçmək olmur.

Zibil qabları dolub-daşır, əraziyə itlər toplaşıb, pis qoxu hər tərəfi bürüyüb. Evlərin  qapı-pəncərəsi açıldığı an üfunət içəriyə dolur.

Ətrafda yaşayan sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə müraciətlər ediblər, amma nəticəsi olmayıb.  

Məsələyə münasibət öyrənmək üçün Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə getdik. Qurumun sədri söz verdi ki, problem nəzarətə götürüləcək. Sabaha qədər ərazi tamamilə təmizlənəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.