Cəmiyyət

Sabunçu rayonunun ərazisində antisanitariya hökm sürür - VİDEO

30 Avqust 2021 15:36
0 Şərh     Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu rayonu, Ramana qəsəbəsi, "südçülük sovxozu" adanan ərazidə antisanitariya hökm sürür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mövcud durum ərazidə yaşayan 200-ə yaxın ailəni narahat edir.

Sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Onlar bildirirlər ki, üfunətdən nə evlərin pəncərələrini açmaq olur, nə də çölə çıxıb nəfəs almaq. Amma təqsirkar isə bəzi sakinlərin özləridir. Çünki yaxınlıqda yaşayan sakinlərin bəziləri zibili düz gölün ətrafına atırlar.

Sakinlərin sözlərinə görə, əraziyə nəzarət ediləcəyi deyilsə də, heç bir iş görülməyib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə əlaqə yaratdıq.  Bildirildi ki, açıqlama vermək onun səlahiyyətində deyil və bazar günüdür. Səlahiyyətli nümayəndənin nömrəsini istəsək də, yenə bizə bazar gününün olduğunu xatırladaraq və şəxsin orada olmadığını bildirərək sağollaşdı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.