Cəmiyyət

Tələbə qəbulu qaydaları dəyişdi - VİDEO

27 Avqust 2021 12:30
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2016-cı ildən bəri abituriyentlərin hər biri ali və orta ixtisas təhsil müəssisələrinə qəbul zamanı imtahanda iştirak etmək üçün müəyyən qədər məbləğ ödəyirdilər. Lakin artıq bəzi kateqoriyaya daxil olan şəxslər bu ödənişdən azad olunacaqlar. Təhsil eksperti qərarın mahiyyəti və həssas qrupa daxil olan şəxslərin bu prosesdə iştirakı ilə bağlı qaydalar haqqında XəzərXəbər-ə danışıb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bəzi abituriyentlər ali təhsil müəssisələrinə və orta ixtisas təhsil müəssisələrinə  qəbul zamanı müsabiqədə iştirak etmək üçün heç bir ödəniş etməyəcəklər. 

Dünən Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ilk dəfə orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat tibb təhsili üzrə əsas təhsil səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər, Azərbaycanının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, Şəhid ailəsinin üzvləri, ali təhsil müəssisələrinə və orta ixtisas təhsil müəssisələrinə  qəbul zamanı müsabiqənin ödənişi dövlət tərəfindən həyata keçiriləcək.   Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu qərar abituriyentlər üçün xüsusi əhəmiyyətə malikdir. 

Təhsil ekspertinin sözlərinə görə abituriyentlər sosial vəziyyətlərini şəxsi kabinetlərinə düşməsi üçün Dövlət imtahan mərkəzinin rəsmi saytında olan "Sərəncam 7 may 2021-ci il " yazılan bölməyə məlumatlarını daxil etməlidirlər. Birinci şəxsi kabinet yaradılmalıdır. Şəxsin qeyd olunan statuslara malik olması elektron hökümət portalında təsdiq olunmalıdır.

Kamran Əsədovun sözlərinə görə,  birdəfə sistemdə həssas qrupa daxil olmaq kifayətdir ki, bütün imtahanlarda ödənişsiz iştirak etmə hüququ qazanmış olasan.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.